Sumqayıtda dəmiryolu stansiyasından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, oktyabrın 20-də Sumqayıt şəhəri H.Z.Tağıyev dəmiryolu stansiyası ərazisindən oğurluq edən 72 yaşlı qadın və 35 yaşlı N.Feyzullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.