İsrail Livana hücumların dayandırılması tələbləri ilə bağlı ABŞ-a şərtini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail rəhbərliyinin Livana hücumlara son qoymaq barədə əsasən iki haldan ibarət şərtini keçən həftə Vaşinqtona təqdim edib.

İsrail baş nazirinin dəftərxanası tərəfindən hazırlanan tələblər ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynin Beyruta bu günki səfərində müzakrə ediləcək.

İstrail mediası yazır ki, Tel-Əviv rəhbərliyinin Livanla bağlı əsasən iki şərti var: "Birincisi "Hizbullah"ın bir daha silahlı güc toplamayacağına və bir daha sərhədlərində təhdid yaratmağacağıan vəd veriməsi, ikincisi isə belə hallara qarşı dərhal müdaxilə etmək üçün İsrail hava qüvvələrinə qeyd-şərtsiz əməliyyat imkanının tanınması".

İsrail mediası yazır ki, hər iki şərti Livanın qəbul edəcəyi inandırıcı görünmür: "Bu, yəni, hər iki tələbin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə zidd olduğu aşkiardır. O səbəbdən bunun qarşı tərəfin qəbul edəcəyi mümkün görünmür".

Xatırlaadq ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsasən, İsrail "Mavi Xətt"in deyilən bölgü xəttinin arxasına çəkilməli və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazi isə tamamilə silahsızlaşdırılmalıdır. Daha dəqiq, burada yanlız Livan ordusu və Birləşmiş Millətlər Təşkilatının Livandakı sülməramlılarə qala bilər. Lakin 2000-ci ildən Livanın cənubundakı Litani çayı ilə İsraillə sərhəd olaraq təyin olunan Mavi Xətt arasındakı demək olar ki, bütün bölgələr "Hizbullah"ın nəzarəti altındadır

Tahir Şəlvəli

MİA.AZ