İsrail ordusu HƏMAS-ın yeni lideri Yəhya Sinvarın öldürülmə anının dronla çəkilmiş görüntüsünü yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüntüdə HƏMAS liderinin bir qolunun olmadığı aydın görünür.
İddialara görə, o, qolunu bir neçə ay əvvəl savaşda itiribmiş.
İsrail mediası orduya istinadla onu da bildirib ki, HƏMAS lideri öldürülmədən əvvəl təslim olmayıb, əksinə, əlindəki əl qumbarasını israilli hərbçilərə atıb.
Yayılan videogörüntüdə onun dağılmış bir binada kresloda tək və fikirli oturması aydın görünür. İsrail əsgərlərini fərq edəndə isə artıq gec olub...
Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu dünən axşam Yəhya Sinvarın öldürüldüyünü rəsmən təsdiqləyib.
Firudin Səfərli
MİA.AZ