Bu gün səhərdən İstanbul boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb duman olub.
Məlumata görə, Beykoz, Çekmeköy, Sancaktepe, Sultanbəyli, Kağıthane, Üsküdar, Ümraniye, Beşiktaş, Sarıyer və digər səmtlərdə səx duman görmə məsafəsini məhdudlaşdırıb: "Bu səbəbdən boğazda və bəzi quru yollarında yerli vaxtla saat 07.50 radələrindən hərəkət müvəqqəti dayandırılıb".
Lamiyə
MİA.AZ