İsrailin Baş naziri Benyamin Netanyahu bu gün ölkənin müharibəni kordinasiya edən Müdafiə Şurası ilə təcili toplantı keçirəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iclasda İranın oktyabrın 1-də İsrailə raket hücumu ilə bağlı adekvat cavab tədbirləri müzakirəyə çıxarılacaq.

Məlumata görə, toplantı Netanyahunun sədrliyi ilə yerli vaxtla saat 20.30-da keçiriləcək.

Toplantıda Livanla savaşın da gündəlikdə olacağı deyilir.

Xatırladaq ki, İsrail Müdafiə Şurası keçən həftə Netanyahunun sədrliyi ilə İrana cavabı tədbirləri ilə bağlı toplansa da, yekdil qərar verə bilməyiblər.

Firudin Səfərli

MİA.AZ