"Hər kəs bilsin ki, "Hizbullah"a amansız formada hücum davam edəcək"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sərt bəyanatı İsrailin baş naziri Benyamin Netanyahu ötən gün PUA-larla hücumun olduğu Hayfa şəhərinin cənubundakı hərbi hissədə olarkən deyib.
Burada çıxış edən Netanyahu Livana hücumdan əsla vaz keçməyəcəklərini bəyan edib: “Bunu burada açıq şəkildə deyirəm: Beyrut da daxil olmaqla, Livanın hər yerində "Hizbullah"ı amansız formada vuracağıq".
Xatırladaq ki, "Hizbullah"ın dünən Hayfadakı hərbi hissəyə hücumunda 4 əsgər həyatını itirib, 58-i yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ