ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Mark Rutte ilə telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.

Bildirilib ki, telefon danışığında ABŞ-ın NATO üçün prioritetlərini və qarşıdan gələn NATO müdafiə nazirlərinin toplantısının gündəliyi müzakirə olunub.

Ostin NATO-nun çəkindirmə və müdafiə səylərini gücləndirməyə, Ukraynaya dəstəyi davam etdirməyə və transatlantik müdafiə sənayesi bazasının gücləndirilməsini vacib sayıb.

İkili bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü üçün dəstək mütləqdir.

Tərəflər daha sonra Yaxın Şərqdə davam edən müharibə və NATO-nun İraqdakı hərbi bazaları müzakirə edilib.

Firudin Səfərli

MİA.AZ