Rusiya ordusu Ukraynanın Odessa limanına gecə saatlarında raket zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Bundan əlavə, limanda olan konteyner gəmilərindən biri cidid zədələnib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa faktla bağlı dünya dövlətlərinə səslənib. O, bütün dövlətlərdən Rusiyanın hücumlarını pisləməyi tələb edib: "Rusiya Odessa limanını vurmaqla, qlobal ərzaq təhlükəsizliyini təhdid edir"
Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini Oleksiy Kuleba zərdələnən gəminin Panama bayrağı altında üzən “Şui Spirit” konteyneri olduğunu açıqlayıb: "Bu, son dörd gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir".
Lamiyə Əhmədli
MİA.AZ