İran İnqilabı Keşikçiləri Korpusu İsfahan şəhəri yaxınlığında baş verən partlayışla bağlı açıqlama yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada partlayışın ölkəyə hücum nəticəsində baş vermədiyi vurğulanıb.
İSNA xəbər agentliyi İnqilab Keşikçiləri Ordusuna istinadla qeyd edib ki, dünən gecə yarısı yeni hava hücumundan müdafiə sistemi sınaqdan çıxarılıb: "Məhz bu sınağa görə partlayış səsi və havada nəhəng parlaqlıq müşahidə edilib. Yəni, bu hadisənin düşmən hücumu ilə əlaqəsi yoxdur".
Xatırladaq ki, gecə yarısı İsfahan şəhərində əhalini həyəcanlandıran partlayış səsi eşidilib.
Xəbərdə o da deyilir ki, şəhərin şimalındakı Natanz rayonunda uranın zənginləşdirilməsi obyekti və şəhərin cənub-şərqində Ruşendeşt kəndi yaxınlığında uranın çevrilməsi obyekti mövcuddur.
Tahir Şəlvəli
MİA.AZ