Rusiya Ukrayna cəbhəsində çətinliklə olsa da, irəliləyir.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donetsk vilayətində Zoryanoye Pervoye və Zolotaya Niva qəsəbələri artıq Rusiya ordusunun nəzarətinə keçib: "Artıq hər iki qəsəbədə möhkəmləndirmə işləri aparılıb..."
MN-dən əlavə olunub k, Rusiya ordusu Ukraynada cəbhədə irəliləməyə davam edir: "Hərbi əməliyyatın başladığı gündən bu yana Ukrayna ordusuna məxsus 646 təyyarə, 283 helikopter, 33 min 62 İHA, 580 hava hücumundan müdafiə raket sistemi, 18 min 555 tank və zirehli texnika, maşınlar, 1469 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 15 min 793 haubitsa və minaatan, 27 min 52 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.
Samir Musayev
MİA.AZ