İsrail ordusunun artilleriya atəşi ilə bombalamağa başladığı Livanın cənubundakı əl-Vezzani sərhəd bölgəsi ilə üzbəüz Abel əl-Kamh qəsəbəsinə doğru hücuma keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq İsrail zirehli texikaları və xüsusi birliklər sərhədi keçərək Livanın dərinliklərinə doğru quru əməliyyatına start veriblər.

Məlumata görə, İsrail aviasiyası və artilleriyası daə əl-Vezzani sərhəd bölgəsini fasiləsiz bombalamaqla, quru qoşunlarnın qarşısınakı hıədəfləri yox edir. 

Bu arada İsrail mediası hücum xəbərini təsdiqləyib və bildirilib ki, əməliyyatlıa bağlı ABŞ-a lazımı məlumat verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də İsrailin Livanda məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırdığını təsdiqləyib.

Miller əlavə edib ki, ölkəsi hələ də Hizbullah və İsrail arasında 21 günlük atəşkəs planını dəstəkləyir.

Samir Musayev

MİA.AZ