Azərbaycan Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Mia.az xəbər verir ki, işlər planına əsasən sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Beynəlxalq müqavilələr haqqında”, “Diplomatik xidmət haqqında” və “Minatəmizləmə haqqında” qanun layihələridir.

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.