İsrail ordusu 72 saat davam edən planlı əməliyyatda öldürdüyü "Hizbullah" lideri Həsən Nəsrullahın Mərkəzi Qərargahından geriyə dərinliyi hələ də ölçülməyən quyular qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bölgədən yayımlanan görüntülərdə hər biri 1 ton olan ümumilikdə 85 ədəd mərmi ilə 85 dəfə hədəf alınan Nəsrullahın idarəetmə mərkəzindən nəhəng bir çuxurlar görünür.

Məlumata görə, bu çuxurları çox dərin yeraltı bunkerlərə yetişmək üçün istehsal olunan ABŞ istehsallı bombalar aça bilər: "İsrail Nasrullahı yeralı beton bunkerində öldürmək üçün ard-arda 85 beton dələn  mərmidən yararlanıb. Bu, yeganə mərmidir ki, yalnız ABŞ-da var..."

Məlumata görə, Nasrulllahın meyiti bu çuxurların birindən kranla çıxarılıb.

Tahir Şəlvəli

MİA.AZ