"Livanda qələbəyə kimi atəşkəs olmayacaq və bütün gücümüzlə "Hizbullah"a hücum davam edəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İsrailin Xarici işlər naziri Yisrael Katz sosial media hesabında yazıb.

Nazir ABŞ mediasına istinadla yayılan atəşkəs danışıqları ilə bağlı xəbəri təkzib edərək, bildirib ki, qələbəyə qədər davam edəcəklər: "Qələbə və şimal bölgəmizdəki vətəndaşlarımızın sağ-salamat evlərinə qayıtması, o cümlədən təhlükəsiz yaşamalarına zəmanət hiss etdiyimiz ana qədər  terror təşkilatı "Hizbullah"a qarşı bütün gücümüzlə mübarizə aparacağıq".

Lamiyə Əhmədli

MİA.AZ