"Fransa Livanın yeni Qəzzaya çevrilməsin istəmir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Kanadada Baş nazir Kastin Trudeau ilə birgə keçirilən mətbuat konfransında deyib.
Makron Kanadaya səfəri çərçivəsində Monrealda Kanadanın Baş naziri Castin Trudeau ilə birgə mətbuat konfransında danışıb.
O, İsrailin Livana başlatdığı hücumlarla bağlı suala cavab verən Makron tərəfləri sükunətə çağırıb: "Qəzzada və İsrail-Livan xəttində atəşkəs olmalıdır. Qəzzaya humanitar yardımların yolu açılmalıdır. Oradakı dözülməz vəziyyətə son qoyulmalıdır. Mən cənab Trüdo ilə münaqişələrin siyasi həllinin bölgədə daimi sülhü təmin edə biləcəyi məsələsində həmfikirik".
Makron deyib ki, Qəzzada müharibənin davam etməsi münaqişənin bölgəyə yayılmasına gətirib çıxara bilər: "Bu, son dərəcə narahatedicidir. İsrailin Livandakı hücumlarında həyatını itirənlərin sayı son dərəcə şokedicidir".
O qeyd edib ki, Fransa "Hizbullah"ın hücumlarınıd a pisləyib: "Fransa Livanın yeni Qəzzaya çevrilməsinə qarşıdır. İsrail hücumlarını dayandırmalı, Hizbullah isə qisas məntiqindən əl çəkməlidir. Qəzada olduğu kimi, Livan və İsrail arasındakı problem siyasi yolla həll olunmalıdır".
Samir Musayev
MİA.AZ