Yaponiyada aparılan elmi araşdırma ilə yarasalarda insanlara sürətlə keçə bilən müxtəlif DNT və RNT virusları aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Yamaquçi bölgəsində aparılan yeni bir araşdırma ilə üzə çıxarılıb.
Məlumata görə, 130-dan çox yarasa üzərində aparılan müayinələr nəticəsində müəyyən edilib ki, onların 60 faizindən çoxu ən azı bir virusa, o cümlədən zoonoz viruslara (heyvanlardan insanlara keçə bilən) yoluxub: "Araşdırmada bəzi virusların, xüsusilə adenovirus və astrovirusun genetik olaraq sürətlə təkamül etdiyi müşahidə edilib. Bundan əlavə, əvvəllər aşkar edilməmiş 10 yeni herpes virus növü kəşf olunub. Tədqiqatda tapılan virusların bəzilərinin Çin və Koreyadakı viruslarla genetik oxşarlıqları var. Üstəlik, Yaponiyadakı yarasaların bölgədəki digər yarasalarla təmasda ola biləcəyi və bu səbəbdən virusların daha sürətlə yayılma ehtimalının çox yüksək olduğu irəli sürülür. Bu, yapon yarasalarının zoonotik epidemiyalara səbəb olma potensialını artırır".
Mütəxəssislər bildirirlər ki, bu virusların qalıcılığı və patoloji təsirlərinin dərndən araşdırmaya çox ehtiyac var. Alimlər Yaponiya və ətraf bölgələrdə yarasalardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq üçün müntəzəm monitorinq aparmağı vacib sayıblar.
Zülfiyyə
MİA.AZ