Bu gün Hizbullah lideri Şeyx Nəsrullah İsrailin Livana ikigün ard-arda kiber hücumları ilə bağlı canlı çıxış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsrailin kiber hücumlarının Livan xalqına qarşı müharibə elanı olduğunu bəyan edib.

Hizbullah lideri deyib ki, İsrail bu hücumlarla qırmızı xətləri keçib: “İsrailin son iki gündə həyata keçirdiyi hücumlar Livan xalqına qarşı dövlət səviyyəsində terror vəı açıq müharibə elanıdır. Çərşənbə axşamı və çərşənbə günü baş verən hücumlarda 4 mindən çox xəbərləşmə cihazı partladılıb. Minlərlə yaralılarımız, ölənlərimiz var."

Hizbullah lideri etiraf edib ki, son iki gündə indiyə qədər üzləşmədikləri ağır zərbəni alıblar: "Livanda müqavimət tarixində ən böyük zərbə aldıq. Ancaq bu hücumlar Hizbullahın süqutuna səbəb olmayacaq, əksinıə, bizi daha da sıxlaşdıracaq"

Xəbərdə o da deyilir ki, Nəsrullahın çıxışı zamanı tez-tez Livan səmasında uçan İsrail qırıcılarının uğultusu eşidilib.

Firudin Səfərli

MİA.AZ