İsrail ordusu bu gün İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin Kabatiya qəsəbəsinə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, Kabatiya qəsəbəsində basqın zamanı İsrail əsgərləri bir fələstinliyə məxsus evi mühasirəyə alıblar: "İzzət Əbu əl-Rəb məktəbi yaxınlığında yerləşdirilən İsrail xüsusi təyinatlıları mühasirədə olan evə avtomat və raketatarlardan zərbələri endirib. Nəticədə 3 fələstinli həyatını itirib. Yaralılar var".

Əməliyyatla bağlı yayılan videodan isə görünür ki, İsrail əsgərləri evin damına çıxaraq, ölən fələstinlilərin cəsədlərini sürüyərək çölə çıxarlar.

Görüntüdən o da aydınolur ki, əməliyyat zamanı evin yaxınlığında olan 2 nəfər güllələnərək ağır yaralanırlar: "Bundan əlavə, hərbi maşın ərazidə olan və içində iki nəfərin olduğu minik maşınını vurub kənara atır. Həmin hadisə zamanı da iki nəfər xəsarət alııb".

Tahir Şəlvəli

MİA.AZ