Bu gün Prezident Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə telefonda danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan teelfon söhbətində dünən Livana kiberhücumda ölən və yaralananlarla bağlı müzakirə aparıb.
Ərdoğan hücumdan kədərləndiyini bildirib, həyatını itirənlərə rəhmət, yaralananlara isə şəfa diləyib.
Prezident Ərdoğan həmçinin İsrailin münaqişələri bölgəyə yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu deyib: "İsrailin təcavüzünün qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik".
Zülfiyyə
MİA.AZ