Türkiyənin Xarici işlər naziri Hakan Fidan Livanda kiberhücumla bağlı adıçəkilən ölkənin Baş naziri Mikati ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığında Hakan Fidan "peycerlər"in partladılması ilə həyata keçirilən kiberhücumnla bağlı məlumat alıb.

O, partlayışlar nəticəsində yaşanan insan tələfatına görə Livan xalqına və hökumətinə başsağlığı verib.

Xatırladaq ki, İsrail tərəfindən həyata keçirilən kiberhücum nəticəsində Beyrutda 9 nəfər ölüb, 2800 nəfər yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ