Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov vƏzifədən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, onun yerinə Seymur Səfərli təyin olunub.

Xatırladaq ki, yeni şöbə müdiri Azərbaycan İnşaat Mühəndisləri Universtetinin Meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə həm bakalavr, həm də magistr pilləsi üzrə ali təhsil alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, indiyə qədər nazirliyin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitunda elmi işçi, laboratoriya müdiri, şöbə müdiri və direktor vəzifələrində çalışıb.

MİA.AZ