"Qəzzada vəziyyət getdikcə daha da geridönməz xarakter alır, insanlıq təhlükə altındadır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-ninQəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Yüksək Koordinatoru Siqrid Kaaq BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzza ilə bağlı keçirilən iclasda deyib.
Qəzzadakı gerçəkliklərlə bağlı üzv ölkələrin rəsmilərini məlumatlandıran Kaaq deyib ki, bölgədə durum qaranlıqdır: "Səhiyyə sistemi tamamilə çöküb. Təxminən 625 min uşağın məktəbə gedə bilmədi. Bölgə xarabalıqdır, əhali arasında ümidsizlik geridönülməz hal alıb. Bu, elə bir böhrandır ki, izahı mümkünsüzdür. Zaman çox daralıb. Yeganə çıxış yolu dərhal təcili atəşkəs, girovların azad edilməsi və bütün Qəzza zolağına davamlı və maneəsiz yardımın təmin edilməsidir".
BMT rəsmisi deyib ki, Qəzzada mülki şəxsləri qorunmur: "Onlar hər an ölümlə üz-üzə gəlirlər".
Humanitar yardım karvanlarının atəşə tutulduğunu xatırladan Kaaq deyib ki, bu, qəbuledilməzdir: "Bu, həm də əldə olunan razılaşmaların və protokolların həyata keçirilmədiyini göstərir. Son 11 ayda yaşanan iztirablar göstərir ki, siyasi həll olmalıdır. Siyasi həll olmadan bu, əzab bitməyəcək".
O, bildirib ki, İsrailin maneələrinə rəğmən, bölgədə qalamağa davam edəcəklər.
Tahir Şəlvəli
MİA.AZ