Türkiyənin sabiq Baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın lideri olduğu Yenidən Rifah Partiyasının üzvü olan daha iki bələdiyyə sədri istefa veriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yeni Rifah Partiyasının sədri Ərbakanın Həsən Yeli Konya şəhər təşkilatının sədri təyin etməsi şəhərin iki rayon bələdiyyəsinin xoşuna gəlməyib.

Məlumata görə, bu təyinatıa etiraz edən Konya şəhər Çumra Bələdiyyə sədri Mehmet Aydın və Emirqazi Bələdiyyə sədri Məsut Mertcan Yeni Rifah Partiyasından istefa verdikləri haqda bəyanat yayıblar.

Onlar Həsən Yelin Konya şəhər təşkilatının sədri təyinatında onların rəyinin alınmadığını və bu səbəbdən partiya ilə yollarını ayırdıqlarıı açqıalyıblar.

Xatırladaq ki, Konya şəhər təşkilatının əvəvlki sədrinin adı tender saxtakarlığında hallandığı üçün vəzifədən çıxaırlıb.

Onu da qeyd edək ki, bundan əvvəl Konyada Yenidən Refah Partiyasının üzvlərinin rəhbərlik etdikləri Doğanhisar, Sarayönü və Altınekin bələdiyyə sədrləri də istefa verərək Ərdoğanın sədri olduğu  AK Partiyaya qatılıblar.

Samir Musayev
MİA.AZ