İsrail ordusu Qəzza zolağının mərkəzində bir evi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yerli jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Nusayrat Qaçqınlar Düşərgəsində yerləşən evin bombalaması nəticəsində 3 fələstinli həlak olub: "Evdə olan 8 nəfər isə yaralanıb".

Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzzada 41226 nəfər öldürülüb, 95413 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ