7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyatını itirənlərin sayı 41 min 226 nəfərə çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Nazirlik bildirib ki, İsrail ordusunun son 24 saatda Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha 20 nəfər həlak olub, 76 nəfər isə yaralanıb.

Məlumatda qeyd edilir ki, dağıntılar altında və yol kənarında hələ də ölənlərin cəsədləri var.

Tahir Şəlvəli

MİA.AZ