İsrail işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərim şəhərində hərkətdə olan maşını PUA ilə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, nəticədə maşında olan 3 fələstinli həyatını itirib: "Bununla da 7 oktyabr 2023-cü il tarixindən etibarən İordan çayının qərb sahili və Şərqi Qüdsdə həyatını itirən fələstinlilərin sayı 702-yə çatıb".

Tahir Şəlvəli
MİA.AZ