Bu gün İsraillə Livandakı "Hizbullah" Hərəkatı üzvləri aarsında növbəti dəfə toqquşma lub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın cənubunda İsrail tərəfindən hücum həyata keçirilib.

Məlumata görə, hücum nəticəsində 3 livanlı ölüb, 2 nəfər yaralanıb.

Liban mətbuatı yazır ki, "Hizbullah" buna cavab olaraq İsrailin şimalında yerləşən 7 hərbi obyektə raket fırladıb: "Bütün hədəflər dəqiqliklə vurulub, qarşı tərəfin itkiləri var".

"Hizbullah" bununla yanaşı, İsrailin hücumu zamanı iki üzvünün öldüyünü təsdiqləyib.

İsrail ordusu da Livanın cənubundan İsrailin şimalına edilən hücumlarla bağlı açıqlama yayıb. Qeyd edilib ki, Yuxarı və Qərbi Qaliley bölgələrinə 60 raket atılıb: "Raketlərin çoxu boş ərazilərə düşüb. Yuxarı Qalileydə raket hücumu nəticəsində İsrailin ehtiyatda olan bir əsgəri ağır yaralanıb. Buna cavab olaraq Livanın cənubundakı Kefr Şuba qəsəbəsindəki "Hizbullah"ın müşahidə məntəqəsi hava və artilleriya hücumları ilə məhv edilib".

Tahir Şəlvəli
MİA.AZ