Türkiyə Xarici işlər naziri Hakan Fidan, Daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın sabah Özbəkistana səfər edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər zamanı ilk dəfə olaraq “üçlü görüş formatında” məsləhətləşmələr aparılacaq.
Görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələr və təhlükəsizlik sahəsində əməkdaşlıq qiymətləndiriləcək.
Görüşdən əlavə, Türkiyə ilə Özbəkistan arasında institusional sahədə əlaqələrin daha da gücləndirilməsi üçün işin yekunlaşdırılması hədəflənir.
Bundan əlavə, səfər zamanı Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) iyun ayında Türkiyədə keçirilən Üçüncü Toplantısında alınan qərarlar da müzakirə olunacaq.
Daha sonra isə onlaırn Özbəkistanda prezident Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.
Zülfiyyə
MİA.AZ