İsrail ordusu ötən gecə Qəzzada BMT-yə məxsus məktəbi növbəti dəfə bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentliyi (UNRWA) bəyanat verib.
Bəyanata əsasən, Nüsayrat Qaçqınlar Düşərgəsində mülki şəxslərin sığındığı BMT-yə aid bir məktəbə hücum nəticəsində aralarında uşaqların da olduğu 18 nəfər həlak olub: "Ölənlər arasnda uşaqlar və BMT əməkdaşları da var. Azı 30-dan çox insan isə yaralanıb. Bu, dəhşətli, amansız qətliamdır...”.
Xatırladaq ki, İsrail bundan əvvəl 5 dəfə həmiin məktəbi vurub.
Tahir Şəlvəli
MİA.AZ