Baş nazir Əli Əsədov dörd universitetlə bağlı qərar imzalayıb.
Mia.az xəbər veirr ki, qərara əsaəsn, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq..
Bununla yanaşı, həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.
***
Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.