Afrika qitəsində yerləşən Sudanda vəba epidemiyası yayılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayı 6968-ə çatıb: "Çox təəssüf ki, ölənlərin də sayında artım var. Artıq vəbaya yoluxan 242 nəfər dünyasını dəyişib".

Nazirlik əlavə edib ki, ölkədə iyun ayından etibarən özünü göstərən yağışlı havanın yaratdığı sel və daşqınlar vəba xəstəliyinin yayılmasını sürətləndirib: "11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayı 250 min 111-ə yüksəlib. Onların çətin şəraiti isə bu xəstəliyə qapı açır..."

Tahir Şəlvəli

MİA.AZ