Sabiq deputat Hüseyn Abdullayev yenidən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Mia.az-ın məlumatına əsasən, bu barədə Gununsesi.info-ya onun vəkili Cavad Cavadov deyib.
“Bildiyiniz kimi, Avropa İnsan Hüquqları Məhkəməsi mənim müraciətim əsasında 22631/24 saylı iş üzrə, 27 avqust 2024-cü ildə Məhkəmə Qaydalarının 39-cu maddəsinə təcili müvəqqəti tədbir kimi Hüseyn Abdullayevlə bağlı qərar qəbul etmişdir. Məhkəmə qərarında hər iki tərəfin təqdim etdiyi məlumatları nəzərə alaraq, tərəflərin maraqları və icraatın düzgün aparılması üçün Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq Azərbaycan Hökumətinə göstəriş verir ki, Hüseyn Abdullayevin sağlamlıq vəziyyətinin stasionar müalicəyə və ya ambulator müalicəyə (2 avqust 2024-cü il tarixdə təyin edilmiş dərmanlara əlavə olaraq) və ya hər hansı təcili tibbi müdaxiləyə (məsələn, ürək cərrahiyyəsi) ehtiyac olub-olmadığını müəyyən etmək üçün əlavə hərtərəfli müayinələrdən keçirmək və bununla bağlı məhkəməyə məlumat verməlidir. Həmin əlavə müayinələrin nəticələri və ərizəçinin sağlamlıq vəziyyəti və göstərilən müalicə haqqında, həmçinin səhhəti ilə bağlı yeniliklər barədə Azərbaycan Höküməti Məhkəməyə məlumat verməlidir. Eyni zamanda Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən onun işinə prioritet qaydada baxılması qərara alınmışdır.
Həmin qərarın icrası ilə bağlı hələ ki, tədbir görülməmişdir.
29 avqustda tərəfimdən Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunaraq həmin qərarın icrası ilə ələqadər HÜseyn Abdullayevin müayinə etmək üçün onu konvoy müşahidəsi altında Baku Citi Hospitalına yerəlşdirilməsini və onun yanına istintaq təcridxanasında mütəmadi olaraq müalicə həkimi kimi professor, Baku Citi Hospitalında işləyən Adil Qeybullanın buraxılmasını xahiş etmişdim.
Dünən Hüseyn Abdullayevlə görüşən zaman onun səhhətinin yaxşı olmadığı və ayaq üstə dayana bilmədiyini, ürəyində kəskin sancılar olduğunu bildirdi. Bu səbəbdən görüşdən vaxtından əvvəl getməyə məcbur oldu.
Bu gün məlumat verdilər ki, onu Penitensiar xidmətin Müalicə Müəssisəsinə aparıblar. Ümid edirik ki, bizim xahişlərimiz nəzərə alınacaq və istədiyimiz klnikada müayinə olunmasına icazə veriləcək”.
Həbsdəki sabiq deputat Müalicə Müəssisəsinə köçürülüb - Vəkil açıqladı
DİGƏR XƏBƏRLƏR
2024-11-28 00:21
2024-11-27 23:47
2024-11-27 22:20
2024-11-27 21:38