Türkiyənin vitse-prezident Cevdet Yılmaz Azərbaycanda keçirilən parlament seçkilərində qalib gələn Yeni Azərbaycan Partiyasını və onun lideri olan Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cevdet Yılmaz sosial media hesabındakı paylaşımında yazıb: "Azərbaycanda keçirilən 7-ci Milli Məclisə seçkilərdə qalib gələn Yeni Azərbaycan Partiyasını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm. Bu, 30 il sonra Qarabağ da daxil olmaqla, Azərbaycan Respublikasının suveren torpaqlarında keçirilən ilk parlament seçkisidir. İnanıram ki, bu seçkiləri qardaş Azərbaycan xalqı və türk dünyası üçün faydalı ollacaq".

Lamiyə Əhmədli

MİA.AZ