Çinin Şandun əyalətində məktəbliləri aparmağa gələn avtobus izdihamın üzərinə sürətlə "dalıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 5-i şagird olmaqla, 11 nəfər hadisə yerində ölüb, çoxlu sayda yaralı var.
Məlumata görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır: "Avtobus bəlli olmayan səbəbdən məktəbin qapısı qarşısında gözləyən şagird və onların valideynlərini vurub. Hadisənin qəsdən olub-olmadığı məlum deyil. Fakt araşdırılır"
Zülfiyyə
MİA.AZ