Amerika Federal Təhqiqatlar Bürosu (FTB) Çikaqo Universitetinin erməni əsilli keçmiş tələbəsi Aram Brunsonun erməni terrorizmini canlandırmaq üçün planlar qurması faktını aşkara çıxarıb.
Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu barədə FTB təhiqiqat nəticəsi olaraq cinayət işi açıb.
Cinayət işi üzrə materialda qeyd edilir ki, Brunson Azərbaycan və Türkiyənin ABŞdak diplomatik korpuslarına qarşı terror hazırlığında olub. O, bu məqsədlə əvvəlcə bomba hazırlamağı öyrənib: "Erməni tələbə Türkiyə və Azərbaycanın diplomatik nümayəndəliklərinə hücuma hazırlaşıb. Lakin o, əməlinin üstünün açılmasından duyuq düşərək, ABŞ-dan tələsik Ermənistana qaçıb...".
FTB-nin erməni Aram Brunsona qarşı cinayət işinin təfərrüatları barədə TRT-nin ABŞ üzrə müxbiri Tuna Şanlı detalları yazıb.
O bildirib ki, cinayət işini oxuduqca, erməni tələbənin erməni terrorizmini dirçəltməyə çalışdığina şübhə yeri qalmır: "Federal Təhqiqatlar Bürosunun (FTB) erməni Aram Brunsona qarşı hazırladığı 17 səhifəlik cinayət işi materialında erməni terrorizminin necə canlandırılmasına cəhd edildiyini təfərrüatı ilə ortaya qoyulub. FTB-nin xüsusi agenti Tomas M. Daltonun imzaladığı cinayət işində o, açıq şəkildə Türkiyə və Azərbaycanın ABŞ-dakı missiyaları ilə bağlı izləmə apardığınə, planlar qurduğu qeydləri var. Bütün bunlar 2023-cü il yanvarın 2-də erməni Brunsonun Çikaqo Universitetində ikinci kurs tələbəsi olarkən yaşanıb..."
Cinayət işi üzər materialda deyilir ki, bu qorxunc planın üstü erməni tələbənin qaldığı yataqxanada baş verən yanğından sonra orada aparılan araşdırma zamanı açılıb: "Həmin vaxtı Brunsonun otağında ağ toz şəklində maddə və müvafiq sənədlər tapılıb. Sənədlər arasında onun Türkiyə və Azərbaycan səfirlərinin iqamətgahlarına girişi araşdırması haqda qeydlər olub".
Məlumata görə, hazırda erməni terorçunun həbsi istqiamətində müvafiq işlər görülür.
Samir Musayev
MİA.AZ