Bu gün Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsi və "Duyğu" Ədəbi Məclisinin birgə təşkilatçılığı ilə İmişli rayon Qaravəlli kənd tam orta ümumtəhsil məktəbində şəhid- şair Bəhmən Abuzəroğlunun anım günü keçirilib.

Mia.az xəbər veirr ki, "Duyğu" Ədəbi Məclisinin rəhbəri, şair Nazim Zahid birinci Qarabağ döyüşləri zamanı şəhid olmuş şair Bəhmən Abizaroğlunun həyat yolundan, azadlıq duyğusu və yaradıcılığı barədə ətraflı söz açıb.

Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, bölmənin məsul katibi, yazıçı, Əməkdar müəllim Səxavət Tağlar, şair İlyas Aran, Hacı Vüqar, Səttar müəllim və başqaları şəhid şairin yaradıcılıq məziyyətləri haqqında fikirlərini bölüşdülər, məktəbin şagirdləri onun şeirlərindən seçmələr səsləndirdilər.

Sonra tədbir iştirakçıları şəhid şair Bəhmən Abuzəroğlunun məzarını ziyarət etdilər.

A.Hilali

MİA.AZ