Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən Mikayıl Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları M.Mirzəyevi saxlayıb. Məlum olub ki, o, bu məqsədlə dörd şəxsin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib: "Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər"