İsrailin ən böyük həmkarlar ittifaqı "Hisdatrut" Qəzza zolağında 6 israilli girovun cəsədinin tapılmasından sonra hökumətin atəşkəs və girov mübadiləsi ilə bağlı razılığa gəlmək istəməməsinə qarşı ölkəboyu aksiyaya qərar verib.
Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu barədə "Hisdatrut" rəhbəri Arnon Bar-David bəyanat yayıb.
Onun sözlərinə görə, Qəzzada israilli girovlar öldürülərkən onlar sakit dayana bilməzlər: "Biz baş verənlərə biganə qala bilmərik. Atəşkəs və girov mübadiləsi üzrə razılaşma indi hər şeydən vacibdir və bu, ən qısa zamanda əldə edilməlidir"
Bar-David bildirib ki, hökuməti buna məxbur etmək üçün ölkəboyu "qrev"ə gedəcəklər.
Məlumata görə, akisya çərçivəsində İsrailin dünyaya açılan qapısı olan Tel-Əvivin Ben-Qurion hava limanında yerli vaxtla saat 08:00-dan etibarən uçuşlar dayandırılacaq: "Həmçinin, ölkə daxilindəki bütün ictimai-iaşə obyektləri,kafelər, içki müəssisələri, kinoteatrlar və əyləncə məkanları əsir ailələrinə dəstək olmaq üçün bu gündən qapılarını bağlaacaqlarını elan ediblər".
Xəbərdə o da deyilir ki, ümumtəil nümayişlərinə bəzi bələdiyyələr və yerli hökumət qurumları da qatrılacaq.
Lamiyə Əhmədli
MİA.AZ