İsrail ordusunun 48 saatlıq əməliyyatdan sonra işğal altındakı İordan çayının qərb sahilindəki Tulkərim şəhərindən geri çəkilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 48 saatlıq əməliyyat zamanı 5 nəfər ölüb, çoxlu yaralı var.
Məlumata görə, İsrail ordusu 48 saat içində şəhərin bir çpx bölgələrini xarabaya çevriib, böyük dağıntılar var: "İsrail qüvvələri 48 saat ərzində buldozerlərlə əsas yolları, içməli su və kanalizasiya şəbəkələrini dağıdıb, elektrik dirəklərini söküb, evləri söküb, maşınları yararsız hala salıb".
Məlumatda deyilir ki, İsrail qüvvələri dünən 30 saatlıq əməliyyadan sonra Tubasdakı əl-Fariya Qaçqınlar Düşərgəsindən də geri çəkilib.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində ən azı 670 fələstinli həyatını itirib.
Tahir Şəlvəli
MİA.AZ