Türkiyənin Kayseridə vəkil Kazım Selim Somtaşın meyiti ofisində başından tapança ilə vurulmuş halda tapılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı polisə yerli sakinlər məlumat verib.

Bldirilib ki, axşam saatlarında Kocasinan rayonu, Gevher Nesibe rayonu, İstasyon küçəsində yerləşən 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisdə silah səsi eşidlib: "Bu səslə bağlı polisə müraciət olunub. Hadisə yerinə gələn polis 40 yaşlı vəkilin başından vurulmuş halda meyiti ilə qarşılaşıb..."

Xəbərdə deyilir ki, polis hazırda vəkilin vuruması və ya intihar etməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlayıb.

Firudin Səfərli

MİA.AZ