Türkiynin Bingöl rayonunda narkoman küçədə dəhşətli qətliam törədib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 13.30 radələrində Bingölün mərkəz küçəsi sayılan Bahçelievler Məhəlləsində baş verib. 

Narkotik aludəçisi olan şəxs yolda gedən şəxslərə qəfildən hücum edəərk onları ard-arda bıçaqlayıb: "Onun bıçaqladıöı 9 nəfər elə hadisə yerində ölüb, 7 ağır vəziyyətdə olan şəxs isə xəstəxanaya yerləşdirilmişdi. Onlardan 2-sio də bu gün səhərə yaxın orada vəfat ediblər. Qalan 5 nəfərin vəziyyəti ağır olaraq qalır".

Məlumatda ölənlərin adları da açıqlanıb: Erdal Çaparlar, Burhanəddin Budancamanak, Özcan Aydın və Fikri Carfi.

Onu da qeyd edək ki, hadisəni törədən narkoamn elə dünən tutulub.

Firudin Səfərli

MİA.AZ