"Biz Rusiya tərəfi ilə danışıqlara hazırıq".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vanq Yi ilə görüşündə deyib.

Sinxua agentliyinin məlumatına görə, Vanq Çində rəsmi səfərdə olan Kuleba ilə Quançjouda görüşüb.

Görüşlə bağlı mətbuata verilən məlumata görə, Vanq Rusiya ilə Ukrayna arasında münasibətlərin sağlam və sabit inkişafına çağırıb.

Çin və Ukraynanın dost ölkələr olduğunu və on ildən artıqdır ki, strateji tərəfdaşlıq əlaqələrinin olduğunu bildirən Vanqın sözlərinə görə, illərdir ki, ikitərəfli əməkdaşlıq yüksəlir.

Ukraynanın xarici işlər naziri Kuleba da ikitərəfli münasibətlərin imki.afından söz açıb. O, daha sonra həmkarının çağırışına cavab olaraq deyib ki, Kiyev dialoqa hazırdır: "Biz Rusiya tərəfi ilə danışıqlara hazırıq". XİN başçısı əlavə edib ki, danışıqlar müstəqil, ədalətli və daimi sülhün əldə olunmasına yönəlməlidir. Çinin beynəlxalq sülhün təmin olunmasındakı müsbət və konstruktiv rolundan məmnunuq. İiki ölkənin təkcə strateji tərəfdaş deyil, həm də mühüm ticarət tərəfdaşlığından çox şadıq"

Kuleba qeyd edib ki, Ukrayna Çinin “vahid Çin” siyasətini dəstəkləyir.

Samir Musayev

MİA.AZ