Ziya Bünyadov prospektində kranda baş verən yanğın sıxlığa səbəb olub.

Mia.az xəbər verir ki, bun barədə  Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib: "Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb".