İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində Toqo bayrağı altında üzən daha neft tankerinə "əl qoyub".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Toqo bayrağı altında üzən neft tankeri yanacaq qaçaqmalçılığı səbəbi ilə saxlanılaraq İran limanına aparılıb.

İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin İkinci Regional Komandanlığından verilən açıqlamaya görə, 1,5 milyon litrdən çox qaçaq yanacaq daşıdığı təsbit edilən Toqo bayraqlı neft tankeri Buşəhr sahillərində dayandırılıb: "Məhkəmənin qərarı ilə tanker Hindistan və Şri-Lanka vətəndaşları olan 12 ekipaj üzvü ilə birlikdə Buşehr sahillərinə aparılıb. Fakla bağlı araşdırma aparılır".

Firudun Səfərli

MİA.AZ