"Venesuelada Nikolas Maduronun həbsindən sonra danışıqlar çox yaxşı gedir. Onlaırn yeni rəhbərləri ilə çox yaxşı işləyirik və hər şeyin necə olacağını görəcəyik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Venesuelanın 50 milyon barel neftini alacaqlar: "Oradan hazırda ABŞ-a 4,2 milyard dollar dəyərində neftin göndərilib. Bilirisiniz, bizim neft şirkətlərinin keçmişdə Venesuelada problemləri yaranmışdı. Çünki Tramp, yəni, mən o vaxt prezident deyildim. İndi problem olmayacaq. Onlar təhlükəsiz olacaqlar. Venesuela neft yataqlarının istismarı ilə bağlı "Exxon" şirkətinin davranışından isə xoşlanmadım. Onlar çox hiyləgər davranır. Ola bilər o şirkəti Karib dənizi ölkəsindəki neft tenderlərindən kənarlaşdırım..."
Samir MUSAYEV
MİA.AZ