"Sui-qəsdçinin Trampa niyə atəş açmasının səbəbi hələ məlum deyil".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
O bildirib ki, Donald Trampa sui-qəsd cəhdində olan şübhəli ilə bağlı hələlik ətraflı məlumata da sahib deyil: "Bu səbəbdən hadisənin motivi ilə bağlı fərziyyələrə yol verməmək lazımdır".
Sui-qəsd zamanı güllə arasından ölən keçmiş yanğınsöndürən Corey Comperatorenin ailəsinə başsağlığı verən Bayden orada Trampa görə həyatlarını riskə atan xüsusi xidmət ə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib: "ABŞ-da heç bir zorakılığa yer Yyoxdur, olmayacaq. Bir sui-qəsd, ölkə və xalq olaraq müdafiə etdiyimiz hər şeyə qarşıdır. Hadisə ilə bağlı təhqiqatın tez və tam aparılmasına göstəriş vermişəm. Üstəlik, prezidentliyə və vitse-prezidentliyə namizədlərin rəsmiləşəcəyi Respublikaçılar Partiyasının Konqresinin təhlükəsizliyi ilə bağlıı tapşırıqlar verdim".
Bayden hadisə haqda müstəqil araşdırma da aparılacağını və nəticələrin ictimaiyyətlə paylaşılacağını da sözlərinə əlavə edib: "Mən xalqı birlik və birləşməyə çağırıram".
Bu arada bəlli olub ki, Bayden sui-qəsd cəhdindən sonra bu gün Texasa planlaşdırdığı səfərini təxirə salıb.
Firudin Səfərli
MİA.AZ