"ABŞ-İsrail-İran müharibəsini ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb".
Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb.
Onun sözlərinə görə, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:
"Raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib.
Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Hetdərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.
İranın Palm Jumeyraya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub".
Samir
MİA.AZ