Sui-qəsdə məruz qalaraq qulağından yaralanan ABŞ-ın keçmiş prezidenti Donald Tramp hadisədən sonra ikinci açıqlamasını verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Truth" platformasındak; hesabından paylaşım edən Tramp sabah namizədliyinin rəsmiləşdirilməsi prosesinin baş verəcəyi Respublikaçı Milli Konqresinin iclasını səbirsizliklə gözlədiyini yazıb: “Mənə dualarınıza görə hamınıza təşəkkür edirəm. Məni Tanrı qorudu. Ağıla gəlməyəcək bir şeyin gerçəkləşməsini əngəlləyən yalnızca Tanrıydı.
Qorxmayacağıq, əksinə, imanımızda möhkəm və şər qarşısında meydan oxuyacağıq. Ürəyimiz digər qurbanlar və onların ailələri ilə birlikdədir. Yaralananların yaxşılaşması üçün dua edir və qorxunc şəkildə öldürülən vətəndaşımızın xatirəsini qəlbimzdə yaşadacağıq. İndi həmişəkindən daha çox birliyə ehtiyacımız var. Amerikalılar olaraq güclü xarakterimizi göstərək, güclü və qətiyyətli qalaraq şərin qalib gəlməsinə imkan verməməliyik. Bu, hər zamankından indi daha vacibdir. Mən ölkəmizi və hamınızı həqiqətən sevirəm və bu həftə Viskonsin ştatından böyük xalqımıza müraciət etməyi səbirsizlənirəm".
Zülfiyyə
MİA.AZ