ABŞ prezidenti Co Bayden Pensilvaniyada seçki mitinqində qulağından güllələnən keçmiş prezident Donald Trampla telefonla danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Açıqamada deyilir: "Prezident Bayden bu axşam Vaşinqtona qayıdır. O, daxili təhlükəsizlik və hüquq-mühafizə orqanlarından müntəzəm olaraq məlumatlar almağa davam edir".
Baydenin Trampla telefon danışığının təfərrüatları verilməyiub.
Dövlət katibi Antoni Blinken isə sui-qəsd cəhdindən sarsıldığını deyib: "Keçmiş prezidentin sağ-salamat olduğuna görə Tanrıya minnətdarıq. Cənab Baydenin dediyi kimi, ABŞ-da siyasi zorakılığa yer yoxdur...".
Samir MUSAYEV
MİA.AZ