İsrail ordusu Qəzza zolağının şimalında yerləşən bölgədəki fələstinlilərə xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza şəhərindəki fələstinlilərdən bölgəni tərk edərək mərkəzi hissədəki Deyr əl-Belaya köçmələrini tələb edib.
Məlumata görə, bu məqsədlə ordu havadan xəbərdarlıq vərəqləri töküb. Xəbərdarlıqda tezliklə bölgəyə güclü hücum olacağı və bu səbəbdən təhlükəsizlik problemi olacağı vurğulanıb: "Buna görə təcili Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belaya köçün..."
Tahir Şəlvəli
MİA.AZ